
Adışov Elxan Cankişi oğlu 1973-cü ilin oktyabr ayının 26-da Biləsuvar rayon Bəydili kəndində anadan olmuşdur.
26 may 1992-cı ildə Biləsuvar rayon Hərbi Komisarlığında həqiqi hərbi xidmətə çağırılmışdır. Fizuli, Beylaqan və Tərtər istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Xidmət etdiyi dövrdə "ÇAVUŞ" rütbəsi almışdır. Döyüşlərdə fəal iştirakına görə "Fərqlənmə Sertifikatı" və stolüstü hərbi saatla mükafatlandırılmışdır. Vəzifəsi "ATICI MANQA KOMANDİRİ" olmuşdur.
Biləsuvar rayon Bəydili kəndində yaşayır, ailəlidir, 3 övladı var.


