» » Mübariz Liseyi məzunlarının 100% qəbulu


Mübariz Liseyi məzunlarının 100% qəbulu

Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin 2021/2022-ci tədris ili çərçivəsində 21 şagirdi XI sinif üzrə məzun olmuşdur.

Kompleksin qəbul imtahanları üzrə orta bal göstəricisinin 501,1 bal olduğunu nəzərə alaraq əminik ki, Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil pilləsinə qəbul üçün keçirilən buraxılış və blok imtahanlarında iştirak etmiş məzunlarımız ümumi sinif üzrə maksimum nəticə əldə etməklə ənənəyə sadiq qalacaq, ali məktəblərə 100% qəbulu ixtisas seçimindən sonra təmin edəcəklər.

Nəzərinizə çatdıraq ki, Kompleksin məzunlarından Cavadov Ümid I qrup üzrə qəbul imtahanında ümumi 667 bal, Şəbiyeva Günay 622 bal, IV qrup üzrə qəbul imtahanında isə Nuriyev Səməd 613 bal, Əlizadə Aytac 607 bal toplamışdır.

Bütün məzunlarımızı təbrik edir, gələcək təhsil həyatlarında uğurlar diləyirik.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan