» » Şəhid ailələrinə və qazilərə qayğı göstərmək dövlətin prioritet vəzifəsidir.


Şəhid ailələrinə və qazilərə qayğı göstərmək dövlətin prioritet vəzifəsidir.

      Azərbaycan dövlətinin bugünkü uğurlarında pay sahibi olmaq biz gənclər üçün qürur və fəxarətdir. Biz tarixi hadisələrlə zəngin bir dövrü yaşayırıq. Azərbaycan öz tarixində heç vaxt olmadığı qədər müstəqil və güclü dövlətə çevrilmişdir. Bunun arxasında əzmkarlıq, mübarizlik və düşünülmüş uzaqgörən siyasət dayanır. Ümummilli liderimiz Heydər Əliyev öz zəngin təcrübəsi, nüfuzu və dahilərə xas zəkası ilə bu günümüz və gələcəyimiz üçün güclü əsaslar yaradıb.

      Hər zaman Ali Baş Komandan vurğulayır ki, gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq – budur vətənpərvərlik. Ölkə rəhbəri tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin düzgünlüyünü bu sahədə qazanılmış uğurlu nəticələr də təsdiqləyir.

     2020-ci ilin 27 sentyabrından başlayan və 44 gün davam edən Vətən müharibəsində Prezident İlham Əliyevin rəhbərliyi altında qazandığımız qələbə təkcə Azərbaycanın öz əzəli torpaqlarının azad edilməsi deyil, həm də dünyaya bir daha Ermənistanın işğalçı dövlət kimi tanıdılması idi. 

    Bu qələbənin əldə olunmasında gənclərin də xüsusi rolu var. Ali Baş Komandan işğaldan azad olunmuş qədim Şuşa şəhərinə səfəri zamanı da qeyd etdi ki, “Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib. On yeddi ildir ki, mən Azərbaycanın rəhbəriyəm. Bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi.”

     Dövlətimiz Vətən müharibəsi ilə eyni vaxtda ikinci cəbhədə qlobal pandemiyaya qarşı mübarizədə operativ, çevik və məqsədə hesablanmış addımlar ataraq uğurlu nəticələr əldə etdi və bunun sayəsində bu gün xəstəlik tam nəzarət altındadır. Bu işdə də gənc həkimlərimiz, işləmək üçün müraciət edən könüllülərimiz fəallıq göstərdi və ön sıralarda oldu.

    27 sentyabr 2020-ci il tarixində başlanan Vətən müharibəsində Biləsuvar rayon gəncləri də böyük rula ilə Ali Baş Komandana və Müzəffər ordumuza öz dəstəyini nümayiş etdirmişdir. Hər bir biləsuvarlı bu savaşda öz Prezidentinə inanaraq onun ətrafında oldu. Bunun sübutudur ki, Vətən müharibəsində iştirak edən biləsuvarlılar, xüsusən gənclərimiz Ali Baş Komandanın Sərəcamları ilə ali dövlət mükafatları ilə də təltif olundular. 

   Belə ki, Ramanı kompleksində doqquzmərtəbəli 30 bina tikiliməsi bunu bariz nümunəsidir. Həmin ərazidə məktəb, uşaq bağçası, klub-icma mərkəzi inşa olunub. Eyni zamanda dövlət başçısı tərəfindən cari ilin yanvarında imzalanan Sərəncamla təsdiq olunmuş proqramlara əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, habelə fərdi evlə təmin ediləcək. 


     Bu gün Biləsuvarda rayon rəhbərliyi tərəfindən şəhid, qazi ailələrinə və müharibə iştirakçısı olan gənclərə xüsusi diqqət göstərilir. Eyni zamanda Rayon İcra Hakimiyyətində Şəhid və qazi ailələri ilə əlaqədar yaradılmış şöbə artıq fəaliyyətə başlamışdır.

    Gənclər orudusu olaraq biz hər zaman cənab Prezidentin çağırışlarına səfərbər olub üzərimizə düşən işləri layiqincə yerinə yetirməyə, vətənin müdafiəsi üçün hər bir vətəndaşımız kimi müsəlləh əsgər olmağa daim hazır olmalıyıq və hazırıq.

       Sahil Hüseynzadə

       Biləsuvar Yeniyetmə və Gəncləri İctimai Birliyinin sədri.

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan